Bakıdan başlayan yol... - FOTOLAR

Avtosfer Foto 30 Oktyabr 2017 16:04 Oxunub 1954
Bakıdan başlayan yol... - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Böyük layihənin təməli 21 noyabr 2007-ci ildə qoyulub

Xəbər verdiyimiz kimi, bu gün Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılış mərasimi baş tutub. Böyük layihənin təməli 21 noyabr 2007- ci ildə Gürcüstanın Marabda kəndində qoyulub. Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib. Dəmiryolu xətti paytaxt Bakıdan Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək.

Qeyd edək ki, BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bu layihəni Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra inşa edilən ikinci böyük layihə də adlandırmaq olar. Nəzərdə tutulur ki, Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək. Bakıdan Türkiyənin Qars şəhərinə kimi uzanacaq dəmir yolu xəttinin ümumi uzunluğu 826 km-dir. 

Xatırladaq ki, ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Buna görə də dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini Azərbaycan öz üzərinə götürüb. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1% faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verib.

Türkiyə hökuməti Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin ölkə ərazisindən keçən hissəsinin inşasına 345 milyon dollar ayırıb.

Ümumilikdə isə,  Qars-Axalkalaki yolu xəttinin uzunluğu 76 km olan Türkiyə hissəsinin inşası Ankaranın maliyyə vəsaiti hesabına həyata keçirilib. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin - 26 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 milyon dollar, o cümlədən Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon dollar və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon dollar həcmində kredit vəsait ayrılıb. Bütövlükdə layihəyə  1 milyarddan da çox vəsaitin xərcləndiyini demək olar. 

Yük daşımalarının həcminin  5-ci istismar ilində 6 mln. ton, 10-cu istismar ilində isə 15 mln. ton və çox proqnozlaşdırılır.

2018-ci ildə isə dəmiryolu xətti vasitəsilə sərnişin daşınılması nəzərdə tutulur. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib ki, bununla əlaqədar İsveçrənin "Stadler" zavoduna 30-a yaxın vaqon sifariş verilib.

Hələ ki, sərnişin daşınılması nəzərdə tutulmadığına görə qiymətlər müəyyənləşməyib. 

 Günel Türksoy

 



ŞƏRH YAZ
Ad

E-mail

Şərh