"20 yanvar" dairəsində nəqliyyat problemi başladı- Taksilər 2 manat oldu...

Yazarlar 30 Oktyabr 2017 23:12 Oxunub 2157
"20 yanvar" dairəsində nəqliyyat problemi başladı- Taksilər 2 manat oldu...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi təmizləyir, sürücülər qiyməti qaldırır

Son günlər axşam saatlarında paytaxtın “20 Yanvar” dairəsindən Xırdalan şəhəri, Masazır qəsəbəsi istiqamətinə getmək mümkünsüz hala çevrilib. Buna səbəb həmin istiqamət üzrə hərəkət edən avtobusların (199, 119, 135) pik saatlarda dolu halda gəlməsi, alternativ kimi istifadə olunan “1 manatlıq taksilər”in DYP əməkdaşları tərəfindən yığışdırılması və fəaliyyət göstərə bilən bəzi taksi sürücülərinin isə qiyməti 2 manata qaldırmasıdır.

Maraqlıdır, belə olan halda insanlar evinə necə getməlidir? Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev metbuat.az-a açıqlamasında bildirir ki, hazırda bu cür problemlərin yaşandığı marşrut xətləri üzrə təhlillər aparır: “Sərnişinlərin rahat formada sərnişin avtobuslarından istifadəsinə imkan verən optimal variantlar müəyyənləşdirilir və həyata keçirilir. Qeyd edilən istiqamətdə də, həmçinin hazırda araşdırmalar gedir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh