Təcili yardıma yol vermək üçün nə etmək lazımdır? – Bakıda çəkilən VİDEO

Yazarlar 31 Oktyabr 2017 01:20 Oxunub 1776
Təcili yardıma yol vermək üçün nə etmək lazımdır? – Bakıda çəkilən VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Operativ nəqliyyat vasitələrinə yol vermək üçün bu qaydalara mütlət əməl edin

Oktyabrın 22-də Bakının Tbilisi prospektində xidməti vəzifəsini yerinə yetirən təcili tibbi yardım avtomobilinə yol verən sürücülərin görüntülərini oxuculardan biri Avtosfer.az-a göndərib. Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindəki svetoforun qırmızı işığında dayanan sürücülər arxadan xüsusi səs siqnalını qoşaraq üstünlük əldə etmək istəyən təcili tibbi yardım avtomobilinin gəldiyini görərək mümkün qədər sağa çəkilib ona yol veriblər.

Gördüyünüz kimi, həmin vaxt sürücülər zolaqlar üzrə düzgün yerləşmişdilər. Bu səbəbə görə də onlar təcili yardım avtomobilinə rahat şəkildə yol verə biliblər. Əgər onlar üç zolaqlı yolda 4 cərgə yaratsaydılar, bu zaman yol vermək şəraiti sıfıra bərabər olacaqdı. Ona görə də, avtomobili hər zaman zolaqlar üzrə düzgün yerləşdirmək lazımdır ki, operativ nəqliyyat vasitələri yol istədikdə onlara rahat şəkildə yol vermək mümkün olsun.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh