Bu küçədə yerin həm altında, həm də üstündə piyada keçidi var - VİDEO

Avtosfer TV 31 Oktyabr 2017 08:57 Oxunub 1490
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkətinin təşkilində olan arzuolunmaz səhvlərdən biri də üzə çıxdı

Paytaxtın Fizuli və Mirzağa Əliyev küçələrində hərəkətin təşkilində olan səhv sürücülər tərəfindən normal qarşılanmayıb. Avtosfer.az-ın daimi oxucularından biri həmin küçədə çəkiliş apararaq problemin nədən ibarət olduğunu izah edib. Məlum olub ki, qeyd etdiyimiz küçələrin hər ikisində yeraltı piyada keçidinin olmasına baxmayaraq yolun hərəkət hissəsində nizamlanmayan piyada keçidi təşkil ediblər. Bu isə yol hərəkətinin təşkilində olan arzuolunmaz səhvlərdən biridir.

Çünki piyadalar üçün tam təhlükəsiz yeraltı piyada keçidi olan yerdə nizamlanmayan piyada keçdinin təşkil olunması piyadaların yeraltı piyada keçidindən istifadə etməməsinə gətirib çıxarır. Bu isə onların yollarda təhlükə yaratmasına, avtomobillərlə vurulmasına, ən yaxşı halda isə həmin küçədə nəqliyyatın hərəkətində sıxlıq yaradır.

Qeyd edək ki, həmin ərazidə işləri "Azəravtoyol" ASC və Bakı Nəqliyyat Agentliyi həyata keçirib. 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh