İlham Əliyevin maşınları və sürücülük məharəti - FOTOLAR

Yazarlar 24 Dekabr 2014 00:09 Oxunub 57356
İlham Əliyevin maşınları və sürücülük məharəti - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Prezidenti «Maybach 62»ni və «Mercedes-S600»-ü özü də idarə edir

Zaman-zaman müxtəlif ölkələrin prezidentlərinin avtomobilləri mətbuatda müzakirə mövzusu olub. Hətta, həmin maşınların texniki göstəricilərindən tutmuş qiymətinə qədər müzakirələr aparılıb. Bu dəfə Avtosfer.az saytı Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin avtomobillərindən və avtomobilə olan münasibətindən bəhs edir.

Bəri başdan bildirək ki, dövlət başçısı rəsmi səfərlərdə zirehli «Maybach 62» limuzinindən istifadə edir. Bundan başqa, Prezidentin ixtiyarında xidməti istifadəsi üçün sifarişlə hazırlanmış «Mercedes-Benz W221 S600 Guard Pullman» zirehli avtomobil də var. Zirehli «Maybach 62»nin başlanğıc qiyməti 352 min dollardır. Edilən sifarişlər, avtomobilin salonunda edilən dəyişiklik və dizayndan asılı olaraq qiyməti də artır.

Azərbaycan Prezidentinin istifadə etdiyi digər avtomobil «Mercedes-Benz W221 S600 Guard Pullman» dünyada ən bahalı və lüks maşınlar siyahısında liderərdən biridir. Bu avtomobilin başlanğıc qiyməti 500 min avro civarındadır. «Mercedes-Benz W221 S600 Guard Pullman»ın qiyməti də dizayn və salonda edilən dəyişikliklərdən asılı olaraq dəyişir. Avtosfer.az saytı Rusiyanın «RBK» xəbər portalının məlumatlarından istifadə edib.

Prezident İlham Əliyevin ideal avtomobil zövqü var. Dövlət başçısının özünün də bəzən sükan arxasında oturması onun avtomobil həvəskarı olduğuna işarədir. Təsadüfi deyil ki, cənab Prezident bəzən ölkəmizə səfərə gələn ali qonaqlarla məhz öz avtomobilində gəzintiyə çıxır və bu zaman sükan arxasında özü əyləşir. Məsələn, Türkiyənin keçmiş prezidenti Abdullah Gülün Azərbaycana prezident kimi ilk səfərində İlham Əliyev belə bir jest etmişdi. Bu da, əlbəttə, səmimiyyətdən və qardaş Türkiyəyə verilən dəyərdən irəli gələn addımdır.

Bundan əlavə, Prezident İlham Əliyev ölkəmizdə yeni salınan yolların demək olar ki, ilk istifadəçisi olur. Dövlət başçısı özü şəxsən sükan arxasına əyləşərək yolu sınaqdan keçiririr.

Daha bir maraqlı məqam isə Azərbaycan Prezidentinin müharibə əlillərinə verilən avtomobilləri də ilk olaraq özünün sınaqdan keçirməsidir. Cənab Prezidentin bu addımı da təqdirəlayiqdir. Çünki bu sadə maşını ölkə başçısı o qədər diqqət və həvəslə idarə edir ki, bu da digərlərinə nümunədir. Bu həm də o deməkdir ki, maşının bahalısı-ucuzu fərq etməz, əsas odur ki, yaxşı sürücü olasan. Cənab Prezident peşəkar sürücüdür. Onun hər zaman sükan arxasında avtomobilə necə hakim kəsilməsi diqqətdən yayınmır. Dövlət başçısının tez-tez sükan arxasına əyləşməsi isə sadəliyin göstəricisidir.

***

Bu gün – 24 dekabrda Azərbaycan Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Avtosfer.az saytının kollektivi adından cənab Prezidenti təbrik edir, ona can sağlığı, xoşbəxtlik və Azərbaycanın varğılı, inkişafı üçün daim güc-qüvvət arzulayırıq. Sürücü kimi isə təhlükəsiz yol arzu edirik.

Avtosfer.az saytının oxucularına maraqlı bir məlumatı da çatdırmaq istərdik ki, İlham Əliyevin adının orijinal açması da var. Prezidentin adının hər bir hərfi onun ailə üzvlərinin adının baş hərfini ifadə edir.

İ – İlham,

L – Leyla,

H- Heydər,

A – Arzu,

M – Mehriban.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh