Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilib

Yeniliklər 31 Oktyabr 2017 14:19 Oxunub 1237
Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Milli Məclisidə Mülki Məcəlləyə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb

Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilib. Avtosfer.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki Məcəlləyə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişiklikliyin məcəllənin 842-ci (Sərnişin daşınması müqaviləsi) maddəsinə edilməsi təklif edilib. Hazırkı qanunvericiliyə əsasən, sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.

Dəyişikliklə isə sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh