Yenicə toyu olan sürücünün maşını iki yerə parçalandı - Qəbələdə - FOTOLAR

Avtosfer Foto 31 Oktyabr 2017 16:20 Oxunub 2591
Yenicə toyu olan sürücünün maşını iki yerə parçalandı - Qəbələdə - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəyə yüksək sürət səbəb olub

Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Nohurqışlaq kəndindən keçən hissəsində qeydə alınıb.

Vəndam qəsəbə sakini 26 yaşlı Sənan Eynullazadənin idarə etdiyi Vaz 21 099 markalı avtomobillə, Tüntül kənd sakini 53 yaşlı Sərvan Sadıqovun sükanı arxasında olduğu Mercedes markalı maşın toqquşub. Sənan Eynullazadə hadisə yerində dünyasını dəyişib. Mercedesin sürücüsü və sərnişini - 40 yaşlı Aygün Əzimova müxtəlif dərəcəli bədən xəsarətlərilə Qəbələ MRX-yə çatdırılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir. İlkin ehtimala görə hadisəyə yüksək sürət səbəb olub.

14:23

Qəbələdə faciəvi qəza baş verib. Mercedes C220 Furgon markalı avtomobil Lada 21099 ilə toqquşub. Ağır qəza nəticəsində Lada21099 iki yerə parçalanıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Lada21099-un sürücüsü həyatını itirib, bir nəfər isə yaralanıb. Mərhumun adı Sənan olub. O, təzəlikcə ailə həyatı qurubmuş. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

http://upload.az/foto/arxiv/23107382_336401636768782_384117222_o.png

http://upload.az/foto/arxiv/23131219_336401683435444_1507854164_o.pn.png

http://upload.az/foto/arxiv/23131297_336401686768777_2098823707_o.pn.png

http://upload.az/foto/arxiv/23131360_336401606768785_1845732225_o.pn.png

http://upload.az/foto/arxiv/23157506_336401666768779_289860862_o.png

http://upload.az/foto/arxiv/23191624_336401603435452_2092770509_o.pn.png

ŞƏRH YAZ
Ad

E-mail

Şərh