Almaniyada axtarışda olan şəxs Bakıda piyadanı keçiddə vurdu – 777 – VİDEO

Yazarlar 31 Oktyabr 2017 16:39 Oxunub 4298
Almaniyada axtarışda olan şəxs Bakıda piyadanı keçiddə vurdu – 777 – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəhrəman Əliyev İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib

Bu gün saat 15.30 radələrində Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində yol qəzası baş verib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, “Mercedes” markalı, 10 RA 777 dövlət nömrə nişanlı avtomobil piyada keçidi ilə yolu keçən qızı vurub. Piyada yüngül xəsarət alıb. Avtomobildən düşən sürücü və sərnişin qızı xəstəxanaya aparmaq istəsələr də, yaralı tərpənə bilmədiyini deyib və yaxınlarını hadisə yerinə çağırıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin avtomobil Qəhrəman Akim oğlu Əliyevə məxsusdur. Bu şəxs 22.08.2017-ci il tarixdən etibarən Almaniya hökuməti tərəfindən İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh