Qusar rayonunda traktor yığılacaq

Yeniliklər 31 Oktyabr 2017 16:57 Oxunub 1334
Qusar rayonunda traktor yığılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layinin dəyəri 10 milyon dollardır

Azərbaycanın ixrac imkanlarının, ölkədəki investisiya mühitinin təbliği məqsədi ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-dən Macarıstan, Almaniya, Ukrayna, Rusiya, Belarus, Bəhreyn, BƏƏ kimi ölkələrə səfərlər həyata keçirilib, Cənubi Koreya, Yaponiya, Belarus, Türkiyə, Macarıstan və s. ölkələrin diplomatik korpusu nun nüməyəndələri ilə müzakirələr aparılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Əbülfət Qocayev məlumat verib. Onun sözlərinə görə, artıq italiyan investorlarının vəsaiti hesabına Zirə qəsəbəsində istixana kompleksinin tikilməsində birgə əməkdaşlıq barədə memorandum imzalanıb: “Bunun nəticəsi olaraq 21 hektar ərazidə müasir tipli istixanaların tikilməsi üçün birgə müəssisə yaradılıb, yaxın aylarda müəssisə tərəfindən istixanaların tikintisinə başlanılması nəzərdə tutulur. Birgə müəssisənin nizamnamə kapitalında səhmdar cəmiyyətin payı 51%, qarşı tərəfin payı 49% təşkil edir. Azərbaycna tərəfi öz növbəsində torpaq sahəsinin ayırlması, kommunikasiya xətlərinin çəkilməsi, investisiya təşviqi sənədinin alınması kimi işləri öz öhdəsinə götürüb”.

Bundan başqa, Ə.Qocayev qeyd edib ki, rəhbərlik etdiyi qurumun Çinin “YTO” korporasiyası və “Aqrofun” MMC ilə imzaladığı müqaviləyə əsasən, Qusar rayonunda ildə 800 ədəd orta ölçülü traktorların yığılması barədə razılıq əldə edilib. Layinin dəyəri 10 mln. ABŞ dollarıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh