Bakı metropolitenində retro qatarlar – FOTO

Texnologiya 1 Noyabr 2017 09:51 Oxunub 3093
Bakı metropolitenində retro qatarlar – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxın zamanlarda qatarlar ümumi istifadəyə veriləcək

“Bakı Metropoliteni” QSC yeni təmir olunmuş qatarları təqdim edib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev öz "Facebook" hesabında paylaşım edib. Yeni qatarlar nəzərəçarpacaq dərəcədə dəyişilib, vaqonlar retro üslubuna işlənilib, işıqlandırma sistemi dəyişilib, oturacaqlara dəri örtük çəkilib. Təmir olunmuş qatarları görən vətəndaşlar onu “VİP qatarlar” adlandırıblar.  Yaxın zamanlarda qatarlar ümumi istifadəyə veriləcək. Qeyd edək ki, qatarlar təmir edilsə də, kondisioner əlavə olunmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh