Yol polisindən sürücülərə son XƏBƏRDARLIQ

Yol polisi 1 Noyabr 2017 21:15 Oxunub 2265
Yol polisindən sürücülərə son  XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hər bir əməkdaşımız öz ərazisində belə bir nəqliyyat vasitəsi aşkarlayarsa, ona uyğun müvafiq tədbir görüləcək”

Yük avtomobilləri və avtobusların texniki baxışı müddəti (1 avqust-31 oktyabr) başa çatıb. Avtosfer.az-ın azvision.az-a istinadən məlumatına görə, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, texniki baxışın keçmə müddəti ilə bağlı sürücülərə geniş məlumat verilib. Şöbə rəisinin sözlərinə görə, DYP əməkdaşları tərəfindən sənədlərin yoxlanılması zamanı aşkar olunsa ki, avtomobil texniki baxışdan keçirilməyib, sürücü inzibati məsuliyyətə cəlb olunacaq: “Bununla bağlı əlavə reyd keçirməyə ehtiyac yoxdur. Hər bir əməkdaşımız öz ərazisində belə bir nəqliyyat vasitəsi aşkarlayarsa, ona uyğun müvafiq tədbir görüləcək”.

K.Əliyev qeyd edib ki, texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, icazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh