İt vuran sürücü həbs edildi - FOTO

Avtosfer Foto 2 Noyabr 2017 11:35 Oxunub 2085
İt vuran sürücü həbs edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə İtaliyanın San Severo şəhərində baş verib

Qarşısına çıxan itin üzərindən yük avtomobili ilə qəsdən keçib, öldürən sürücünün həbs olunması barədə qərar çıxarılıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, yolu keçmək istəyən Spillo adlı ev itini öldürən sürücü 6 ay müddətinə azadlıqdan məhrum edilib. İtin vurulma anı təhlükəsizlik kamerasına düşüb. Ağır yaralanan it sahibinin qollarında can verib. Hadisə İtaliyanın San Severo şəhərində baş verib. Sürücünün adı açıqlanmayıb. Onun həbs olunmasında heyvanları müdafiə təşkilatının böyük rolu olub. Onlar canlıya qarşı belə vəhşiliyin edilməsini kəskin şəkildə qınayıb, sürücünün həbsini tələb ediblər. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh