Sürücü yol polisini kapotda sürüdü - VİDEO

Yol polisi 15 Dekabr 2014 12:50 Oxunub 2403
Sürücü yol polisini kapotda sürüdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş verənlər qarşıdakı maşının kamerasına düşüb

Sürücü yol polisini maşının üstündə sürüdü. Avtosfer.az-ın məlumatına görə, hadisə Yekatrinburqda baş verib. 22 yaşlı polis serjantı Serqey Ryabkov "Chevrolet Aveo" markalı maşını saxlamaq istəyib. Polis avtomobilə yaxınlaşanda sürücü qəfil hərəkət edib və polisi vurmağa cəhd edib. Lakin serjant ani hərəkətlə maşının kapotundan yapışıb. Sürücü kapotdakı polislə yarım km-dən çox maşın sürə bilib. Sürücü polisi Kosmonavtlar küçəsində ata bilib. Polis ombasından xəsarət alıb. Baş verənlər yoldaşı bəzi maşınların qeydiyyat kamerası ilə lentə alınıb. Polis idarəsindən verilən məlumata görə, sürücü 31 yaşlı Denis Şaexov olub. O maşını vəsiqəsi olmadan idarə edib. Polisdən qorxan sürücü qaçmaq qərarına gəlib. Lakin onu şəhərin çıxışında saxlamaq mümkün olub. İndi o 10 ilə yaxın azadlıqdan məhrum edilə bilər.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh