Yol polisindən uğurlu əməliyat: Silah və narkotik daşıyan Göyçay sakini tutuldu

Yol polisi 2 Noyabr 2017 14:42 Oxunub 1655
Yol polisindən uğurlu əməliyat: Silah və narkotik daşıyan Göyçay sakini tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"011"-dən yarım kiloqram marixuana və 3 ədəd tüfəng aşkar edilib

Zərdab rayonunda avtomobildən silah və narkotik maddə tapılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Avropa.info-ya DYP-nin Zərdab Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsindən məlumat verilib. Göyçay rayonu Yeniarx kəndinin sakini Quliyev Hasil Nəsib oğluna məxsus "VAZ 21011" markalı, 11 BB 872 dövlət nömrə nişanlı avtomobilə baxış keçirərkən avtomobildən yarım kiloqram marixuana və 3 ədəd tüfəng aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh