Piyadanı vurub qaçan sürücü həbs olundu

Qaydalar 2 Noyabr 2017 15:03 Oxunub 1394
Piyadanı vurub qaçan sürücü həbs olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elşən Cəbrayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

Bakıda piyadanı vurub hadisə yerindən qaçan şəxs saxlanılıb. Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, noyabrın 1-də Xəzər rayonu ərazisində Cəbrayılov Elşən Mustafa oğlunun idarə etdiyi “VAZ-2101” markalı 10-FT-197 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada Qəribov Ceyhun Tərlan oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. 

E.Cəbrayılov noyabrın 2-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh