Bəzi yollarda sürüşmələr aktivləşib - VİDEO

Avtosfer TV 2 Noyabr 2017 23:14 Oxunub 1430
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə yollardan keçərkən nişanlara diqqət edin

Respublikanın bəzi yollarında sürüşmə sahələrinin aktivliyi artıb. Avtosfer.az-ın məlumatına görə, yollarda hərəkət edən sürücülər üçün təhlükə var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının keçirdyi son yoxlamalardan sonra bəzi yollarda sürüşmə təhlükəsinin artdığı müşahidə olunub. Eyni zamanda əsas yollardan biri olan Bakı-Şamaxı yolunda da sürüşmə sahəsində aktivlik artıb.

Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Rasim Niftəliyevin sözlərinə görə, sözügedən yollarda sürüşmə sahələrində aktivliyin artması uçqun təhlükəsi riskini də artırır. Bu isə yolda hərəkət edən sürücülər üçün təhlükə yaradır.

Bundan başqa, təbii amillərin təsirindən Masazır və Zığ qəsəbəsində də sürüşmə sahəsində nisbi aktivlik qeydə alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh