Gəncədə 2 nəfərin öldüyü qəzaya bu it səbəb olub - FOTO

Avtosfer Foto 3 Noyabr 2017 00:52 Oxunub 3072
Gəncədə 2 nəfərin öldüyü qəzaya bu it səbəb olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İti vuran avtomobil yolun kənarına aşıb və parçalanıb

Gəncədə ağır qəza nəticəsində ölən şəxslərdən biri olan sürücünün kimliyi müəyyənləşdirilib. O, Gəncə sakini 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğludur. Sərnişinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.  

**** 23.58

Gəncədə iki nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi bəlli olub. APA-nın xəbərinə görə, ilkin ehtimala görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb. İti vuran avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyitlər deformasiyaya uğrayan avtomobilin salonundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh