1,5 milyon dollarlıq lüks səyahət maşını - FOTO

Avtodünya 3 Noyabr 2017 17:36 Oxunub 4563
1,5 milyon dollarlıq lüks səyahət maşını - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlkin sifarişdən sonra EarthRoamer XV-HD 12 aya hazırlanır

Bu biznes də həvəsin reallaşması istəyi ilə başlanmışdı. 1998-ci ildə amerikalı fotoqraf Bill Sveyls səyahət etmək istədiyi yerlərə rahatlıqla yollanmaq üçün off-roud tipli "təkərli ev" hazırlamaq fikrinə düşmüşdü.

Avtosfer.az milli.az-a istinadən bildirir ki, Dodge Ram pikapının bazasında ilk belə avtomobilini o, 2003-cü ildə hazırladı. Sonra isə satış üçün yeni maşınlar düzəltməyə qərar verdi.

Adi RV (recreational vehicles - "istirahət üçün avtombillər") tipli maşınlardan fərqli olaraq Sveyls öz "təkərli ev"lərini ("motorhome") XV (xpedition vehicles, "ekspedisiya avtomobilləri) adlandırır.

Çünki EarthRoamer markalı avtomobillər kempinqlərdən asılı deyillər, uzunmüddətli səyahət üçün tam yararlıdır.

ABŞ-ın Kolorado ştatındakı Dakono şəhərindəki EarthRoamer şirkətinin indiyədək istehsal etdiyi ən böyük maşın Ford F-550 yük avtomobilinin bazasında hazırlanmış, uzunu 8,8 metr olan  EarthRoamer XV-LTS idi.

Bu günlərdə isə şirkət uzunu 10,7 metr, hündürlüyü 4,1 metr olan EarthRoamer XV-HD modelini satışa çıxarıb.

Ford F-750 yük avtomobilinin bazasında hazırlanmış bu avtomobil off-road tiplidir, arxa pnevmatik asqısı Fox amortizatorludur və üstəlik 46 düym diametrli Michelin XZL şinləri var.

Maşın 335 at güclü, 8 silindrli Ford Powerstroke 6.7 turbodizhel mühərriki, 6 pilləli avtomatik Torqshift sürətlər qutusuna malikdir.

Uzunmüddətli səyahəti 435 litrlik yanacaq bakı, 946 litrlik su bakı və 20 kVt/saatlıq litium-ion batareyası təmin edir.

Batareyanı enerji ilə iki müstəqil generator və maşının damındakı Günəş panelləri təmin edir.

Avtomobildə duş, ayaqyolu, 3 konfortlu indiksion plitəli və mikrodalğalı sobalı mətbəx, iki soyuducu, paltaryuyan maşın, 2 televizor, Bose audiosistemi var.

 

Avtomobil 1,5 milyon dollara satılır. İlkin sifarişdən sonra EarthRoamer XV-HD 12 aya hazırlanır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh