Türkiyə "Sikorsky" vertolyotları alır

Texnologiya 3 Noyabr 2017 15:08 Oxunub 1295
Türkiyə "Sikorsky" vertolyotları alır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sikorsky" vertolyotları Türkiyəyə 2021-2023-ci illərdə tədarük ediləcək

Türkiyə ABŞ-dan "Sikorsky" şirkətinin 20 vertolyotunu almaq niyyətindədir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, həmin vertolyotların Türkiyə Ətraf Mühit və Meşə Təsərrüfatı Nazirliyinin balansına verilməsi nəzərdə tutulur. Vertolyotların əsasən meşə yanğınları zamanı istifadə olunacağı bildirilir. Məlumata görə, "Sikorsky" vertolyotları Türkiyəyə 2021-2023-ci illərdə tədarük ediləcək. Qeyd edək ki, meşələr Türkiyə ərazisinin 27,6 faizini təşkil edir. Son 10 ildə isə ölkədə 24 mindən çox meşə yanğını qeydə alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh