Ferrari” “Formula-1”i tərk edə bilər

Yarışma 3 Noyabr 2017 15:09 Oxunub 1322
Ferrari” “Formula-1”i tərk edə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Əgər brendə və bazardakı mövqeyimizə fayda verəcək şərtlər olmasa, biz “Formula-1”də yarışlardan imtina edəcəyik”

“Ferrari” “Formula-1”i tərk edə bilər. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bunu komanda rəhbərliyi açıqlayıb. Onlar 2021-ci ildə yarışın reqlamentinə ediləcək dəyişikliklərə etiraz əlaməti olaraq, bu addımı atmaq niyyətindədilər. Belə ki, seriyanın yeni sahibi olan “Liberty Media” və “Formula-1” üçün mühərrik istehsalçıları komandalarını saxlamaq üçün xərcləri azaltmağa çalışır. “Ferrari”nin prezidenti Sercio Markionne isə bu yeniliklə razı deyil: “Əgər brendə və bazardakı mövqeyimizə fayda verəcək şərtlər olmasa, biz “Formula-1”də yarışlardan imtina edəcəyik. Bu turnir bizim qanımızdadı, amma özümüzü başqa cür apara bilmərik. Çünki buranı tanınmaz hala salırlarsa, “Formula-1”də qalmayacağıq”. Qeyd edək ki, noyabrın 7-də “Formula-1” rəhbərliyi ilə strateji qrup arasında görüş olacaq. Burada büdcələrin məhdudlaşdırılmasına, idman və kommersiya sistemlərinə yenidən baxılacaq. 1950-ci ildən “Formula-1”də çıxış edən “Ferrari”nin müqaviləsi isə 2020-ci ildə başa çatacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh