Almanların müharibədə istifadə etdikləri "BMW" motosikleti Bərdədə - VİDEO

Maraqlı 4 Noyabr 2017 23:46 Oxunub 7787
Almanların müharibədə istifadə etdikləri "BMW" motosikleti Bərdədə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat vasitəsinin döyüş üçün lazım olan bütün ləvazimatları üstündədir

Bərdə sakininin həyətində 74 il əvvəl istehsal olunmuş və almanların döyüşdə istifadə etdikləri hərbi motosiklet var. Mühərriki işləməyən nəqliyyat vasitəsinin döyüş üçün lazım olan bütün ləvazimatları üstündədir. Bəs görəsən rayon sakini bunu hansı yolla əldə edib və originallığını necə qoruyub saxlayıb?

Avtosfer.az-ın məlumatına görə, motosikletin dəbilqəsi, döyüş üçün istifadə olunan digər ləvazimatları hələ də üstündədir. Motosikleti İkinci Dünya Müharibəsinin "dəmir atı" adlandırırdılar. Alman ordusunda piyada qoşunların ən cox istifadə etdiyi nəqliyyat vasitəsi 1943-cü ildə istehsal olunub. Almanların hərbi motoskileti bu gün də orıgınallıgını saxlayıb. Bərdə sakini Bayram Bayramov 74 yaşlı motosikletı illər əvvəl bir müharibə iştirakçısından alıb.

Motosiklet antik nəqliyyat vasitəsi kimi qorunub saxlanılır. Motosikletin üstündə almanların müharibədə istifadə etdikləri hərbi geyimlər - papaq, kəmər, dəbilqə və bir cox əşyalar var.

Hər kəsin maragına səbəb olan bu nəqliyyat vasitəsini almaq istəyənlər cox olub. Ancaq sahibi onu satmaq fikirində deyil. Hazırda mühərrikin təmirə ehtiyacı var. Sahibi onu işlək vəziyyətə gətirərək qoruyub saxlamaq niyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Murtuz 5 Noyabr 2017 01:41
Nə detal lazımdır mənəYaz ğələndə ğətirir qaqa!