Azərbaycanda 18 yaşlı gənc mini traktor düzəltdi - VİDEO

Avtosfer TV 5 Noyabr 2017 23:48 Oxunub 2742
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xaçmaz sakini metal tullantılarından və müxtəlif məişət əşyalarından istifadə edib

On səkkiz yaşlı Xaçmaz sakini mini traktor düzəldib. Bacarıqlı gənc rayonun Nərəcan kəndində yaşayır. Mini traktorun hazırlanmasına bir ay vaxt sərf edən Həmdulla Xəlilovun əldə etdiyi nəticə gözlədiyindən də yaxşı olub. Həmdulla Xəlilov bildirir ki, yığdığı traktorun sürət qutusu və təkərləri "Jiquli"nin, motoru isə su nasosunundur. O, müxtəlif texnikaların detallarından da istifadə edib.

İndi Xəlilovlar ailəsi bu traktordan meyvə və ot daşınmasında istifadə edir.Saatda 50 kilometr sürətlə hərəkət edə bilən mini traktorun qoşqusu da var.Yanacaq sərfiyyatı isə xeyli aşagıdır.

Gələcəkdə isə traktora otbiçən qurğu və kotan da qoşmaq mümkün olacaq. Həmdulla Xəlilov texnikanı daha da təkmilləşdirmək niyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh