Azərbaycan nömrəli "BMW" Kiyevdə qəzaya düşdü - FOTO

Avtoxəbər 6 Noyabr 2017 01:56 Oxunub 1918
Azərbaycan nömrəli "BMW" Kiyevdə qəzaya düşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki nəfər yüngül xəsarət alıb

Bu yaxınlarda Azərbaycandan əyləncə tədbirində iştirak etmək üçün Ukraynaya gedən turistlər yol qəzasına düşüblər. “Report” yerli mətbuata istinadən xəbər verir ki, qəza noyabrın 3-ü səhər saatlarında Kiyevin Lobanovski və Qolovka küçələrinin kəsişməsində qeydə alınıb. Hadisə "VAZ" markalı avtomobilin bakılı turistlərin olduğu "BMW"nin sürücü əyləşən hissəsinə çırpılması nəticəsində baş verib. Hər iki sürücü işıqforun yaşıl işığında hərəkət etdiyini bildirib. Lakin ilkin araşdırmalara görə, qəzaya "VAZ"ın sürücüsü səbəb olub.

Cüzi xəsarət alan hər iki sürücüyə hadisə yerində tibbi yardım göstərilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh