Burada hansı maşın yol verməli idi? – SUALIN DOĞRU CAVABI

Yarışma 15 Dekabr 2014 16:33 Oxunub 2033
Burada hansı maşın yol verməli idi? – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalibin adını təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual sual belədir: 

Şəkildəki yolun daralmış və qarşılıqlı keçmənin mümkün olmadığı hissəsində kim yol verməlidir?

A) Qırmızı rəngli avtomobilin sürücüsü;

B) Göy rəngli avtomobilin sürücüsü;

C) Bu vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücülər öz aralarındakı razılığa uyğun hərəkət etməlidirlər.

Suala verilən cavabların sayı çox olduğu üçün burada hamısını təqdim edə bilməsək də, ötən həftənin qalibinin adını açıqlayırıq. Suala ilk və doğru cavabı Roma adlı oxucumuz verib. Onu təbrik edirik. 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.

Sualın doğru cavabını isə daha əhatəli şəkildə təqdim edirik: Şəkildə verilmiş körpüdə yolun hərəkət hissəsi daralıb və qarşılıqlı keçmə mümkün deyil. Həmin yerdə qarşılıqlı keçmə növbəliliyini müəyyən etmək üçün qanunvericiliyə uyğun olaraq həm 2.6 və 2.7 üstünlük nişanları, həm də svetofor quraşdırılıb. Məlumdur ki, üstünlük nişanları və svetofor hərəkət növbəliliyinin müəyyən edilməsində bir-birinin alternatividir və svetofor işlədikdə üstünlük nişanlarının göstərişi nəzərə alınmır (bu nişanlar qüvvədə olmur). Deməli, bu halda hərəkət növbəliliyi svetoforun siqnalına uyğun müəyyən olunacaq. Şəkildəki vəziyyətdə göy rəngli avtomobil üçün qırmızı, qırmızı rəngli avtomobil üçün isə yaşıl işıq yanmaqdadır. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Göy rəngli avtomobilin sürücüsü yol verməlidir.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh