Sürücülərin maşında söhbət məsələsi bitdi - Qanundan çıxarılır

Avtoxəbər 6 Noyabr 2017 11:48 Oxunub 1498
Sürücülərin maşında söhbət məsələsi bitdi - Qanundan çıxarılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə cəzanı nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır. Avtosfer.az-ın “Report”a istinadən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur. Belə ki, məcəllədən 342.1.2 maddəsi çıxarılır. Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.

Layihəyə əsasən, təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılır.

 

Layihə noyabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh