Növbəti Formula 1 üçün ucuz biletlər satışa çıxarılmayacaq

Yarışma 6 Noyabr 2017 11:49 Oxunub 1474
Növbəti Formula 1 üçün ucuz biletlər satışa çıxarılmayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yarışdan gələn gəlirlərin artırılması istiqamətində işlər aparılır"

Bu il Formula 1 Azərbaycan Qran Prisi üçün Sabir və Sahil bağlarında satılmış ucuz biletlər gələn il satışa çıxarılmayacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bildirib ki, bu il Sabir və Sahil bağlarında satışa çıxarılmış biletlərə maraq o qədər də çox olmadı:

“Formula 1 rəhbərliyi də biletlərin bu qədər ucuz olmasına təəccübləndi. Ancaq təəssüflər olsun ki, həmin ərazilərə maraq gözlədiyimiz qədər olmadı və xərclənən müəyyən vəsait qarşılığını almadı. Ona görə də gələn il keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün Sabir və Sahil bağlarında biletlər satışa çıxarılmayacaq”.

 

B.Özərdim əlavə edib ki, gələn il üçün 30 min bilet satışa çıxarılacaq: "Yarışdan gələn gəlirlərin artırılması istiqamətində işlər aparılır. Bu məqsədlə VIP yerlər üçün biletlərin sayının artırılması nəzərdə tutulur".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh