Gələn il Formula 1 üçün xərclər daha az olacaq  

Yarışma 6 Noyabr 2017 11:54 Oxunub 1386
Gələn il Formula 1 üçün xərclər daha az olacaq   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Gələn il üçün bir sıra xərclər sərf olunmayacaq”

Gələn il 27-29 aprel tarixlərində Bakıda baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi üçün xərclər daha az olacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bu gün keçirilən mətbuat konfransında deyib.

N.Arpadarai bildirib ki, gələn il üçün bir sıra xərclər sərf olunmayacaq.

Onun sözlərinə görə, Pit binası sökülməyib, təhlükəsizlik baryerləri yerində qalır, bir çox qurğular artıq alınıb və yenidən almağa ehtiyac yoxdur, bəzi ərazilərdə qənbər daşlarının üzərinə çəkilən asfalt örtüyü sökülməyib.

 

N.Arpadarai əlavə edib ki, marketinq xərcləri də bu il az olacaq: “İldən-ilə xərclərimiz azalır, gəlirlərimiz isə artır. Biz bu prinsiplə yarışların keçirilməsinə davam edəcəyik”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh