Sürücülərə və ustalara şad xəbər - Arayış lazım olmayacaq

Avtoxəbər 6 Noyabr 2017 13:31 Oxunub 5514
Sürücülərə və ustalara şad xəbər - Arayış lazım olmayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat vasitələrini təmirə qəbul edərkən icra hakimiyyəti orqanından icazə alınması müddəası ləğv olunur

Azərbaycanda banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə cəza qanunvericilikdən çıxarılır. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur. Belə ki, məcəllənin 345-ci (Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması) maddəsinin 2-ci (Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat məbləğində cərimə edilir) bəndi ləğv edilir. Bundan əlavə, maddənin adındakı “və təmiri qaydalarının pozulması” sözləri də çıxarılır. Layihədə qeyd olunub ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin və ehtiyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkar edilməsinə imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh