Elektrik avtomobilləri durmadan artacaq - PROQNOZ

Texnologiya 7 Noyabr 2017 08:30 Oxunub 1521
Elektrik avtomobilləri durmadan artacaq - PROQNOZ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Beynəxalq Energetika Agentliyi 2030-cu il üçün daha öncə 23 milyon ədəd elektromobil olan proqnozunu artıq 58 milyon göstərir

2040-cı ildə yollarda 266 milyon ədəd elektrik avtomobili olacaq. Avtosfer.az Trend-ə istinadən bildirir ki, bu barədə OPEK-in hesabatında bildirilir. 2015-ci ildə yaydığı hesabatda 2040-cı il üçün 46 milyon ədəd elektromobil olacağını təxmin edən OPEK sonuncu məruzəsində bu rəqəmi 6 dəfə artıraraq 266 milyon göstərib. Elektrik avtomobili sənayesində müşahidə olunan canlanma digər qurumları da proqnozlarını dəyişdirməyə məcbur edir. Belə ki, Beynəxalq Energetika Agentliyi 2030-cu il üçün daha öncə 23 milyon ədəd elektromobil olan proqnozunu artıq 58 milyon göstərir. "Exxon Mobil" isə 2040-cı il təxminini 100 milyon ədəd (bundan əvvəl 65 milyon) qeyd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh