Qaçırılan “Niva” təmir sexində tapıldı - 200 manata...

Avtoxəbər 7 Noyabr 2017 12:00 Oxunub 1684
Qaçırılan “Niva” təmir sexində tapıldı - 200 manata...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Niva” ban nömrəsi dəyişdirilmiş vəziyyətdə aşkar edilib

Noyabrın 3-nə keçən gecə Yevlax Rayon Polis Şöbəsinə müraciət edən  İmişli rayon sakini Abbas Abışlı “Niva” markalı avtomobilinin şəhər ərazisindən qaçırılması barədə məlumat verib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları avtomobilin avtotəmir sexlərindən birində olmasını müəyyən ediblər.  Salahlı kənd sakini Əkbər İsmayılova məxsus sexə baxış zamanı “Niva” markalı avtomobil ban nömrəsi dəyişdirilmiş vəziyyətdə orada aşkar edilib.

Ə.İsmayılov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırmalarla avtomobilin Qazax rayon sakini olan şəxs tərəfindən qaçırılması və 200 manat müqabilində nəqliyyat vasitəsinin ban nömrəsini dəyişdirməsi müəyyən edilib.  

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Natiq Cavadov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh