Dalaşan ər-arvada görə təyyarə enməyə məcbur oldu - VİDEO

Avtosfer TV 7 Noyabr 2017 17:55 Oxunub 1534
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadın sakitləşəndən sonra cütlük Qətərə geri dönüb

Qətər Hava Yollarına məxsus təyyarədə tragikomik hadisə baş verib. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, qadın əri yatarkən, telefonunu qarışdırmağa başlayıb. Qadın telefonu qarışdırarkən öyrənib ki, əri ona xəyanət edirmiş. Bundan sonra o aləmi bir-birinə vurub və qadını sakitləşdirmək mümkün olmayıb. Məsələyə aviaşirkətin əməkdaşları da müdaxilə etsə də, qadının haqqından gələ bilməyiblər. Bu səbəbdən pilot Hindistanın cənubundakı Çennai şəhərində eniş etməyə məcbur olub. Cütlüyün Hindistan vizası olmadığı üçün, polis idarəsinə aparılıb. Qadın sakitləşəndən sonra cütlük Qətərə geri dönüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh