Azərbaycanda yaradılan yeri qurumun işi bundan ibarət olacaq - VİDEO

Yeniliklər 7 Noyabr 2017 23:06 Oxunub 1439
Azərbaycanda yaradılan yeri qurumun işi bundan ibarət olacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Azərbaycan Sənaye Korporasiyası" dövlət əmlakının idarə edilməsinə, gəlirlər və xərcələrə nəzarət edəcək

Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmana əsasən Azərbaycanda yeni qurum yaradılıb. "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti adlanan bu qurum dövlət əmlakının idarə edilməsinə, gəlirlər və xərcələrə nəzarət edəcək ,iqtisadi səmərəliliyi artırmağa çalışacaq. Artıq yeni qurumun müşahidə şurası da formalaşdırılıb, sədr və baş direktor təyin edilib.

Azərbaycanda dövlət mülkiyyətində olan bütün sənayə müəssələrinə bir mərkəzdən nəzarət ediləcək, hesabatlar hazırlanacaq.

Bunun üçün ölkə başçısının fərmanı ilə "Azərbaycan Sənaye Korporasiyası" adlı qurum yaradılıb. Yeni qurumun nəzarəti ilə dövlət mülkiyyətindəki müəssisələrin daha səmərəli inkişafı təmin edilməyə çalışılacaq.

Fərmana əsasən bu qurumun 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Qurumun strukturunun təsdiqini, işçilərin əməkhaqlarının müəyyənləşdirilməsini və digər işləri Müşahidə Şurası həyata keçirəcək.

Yeni qurumun fəaliyyətə başalaması ilə dövlətə məxsus sənaye müəssələrinin iqtisadi səmərəliliyinin daha da artacağı gözlənilir. Dövlət başçısının sərəncamları ilə Natiq Əmirov "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Kamran Nəbizadə isə baş direktoru təyin edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh