Nişanlısını başqası ilə tutan qız görün nələr etdi  - VİDEO

Avtoreyd 16 Dekabr 2014 19:58 Oxunub 3605
Nişanlısını başqası ilə tutan qız görün nələr etdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onu küllü miqdarda cərimə və ya sürücülük hüququndan məhrumetmə cəzası gözləyir

Videoda görünür ki, "Mazda" markalı avtomobil «Daevoo» markalı avtomobili vuraraq yoldan çıxarır və ikinci reklam dirəyinə çırpılır. Nəticədə sürücü və onun xanım sərnişini kəllə-beyin travması ilə xəstəxanaya qaldırılır. Avtosfer.az-ın faktxəbər-ə istinadən məlumatına görə, hadisə Rusiyanın Volqoqorad şəhərində baş verib. Bu qəzanın səbəbi Rusiya üçün qeyri-adi bir vəziyyətdir. Belə ki, cipdə gedən xanım qəfildən yanındakı avtomobildə keçmiş nişanlısını və onun yanında bir xanımı görür. Və belə demək mümkünsə, gördüklərini namusu götürmür. Qərara gəlir ki, onlara xəsarət yetirsin, edir də.

İndi isə onun barəsində yol hərəkəti qaydalarını pozmaqla, başqasının sağlamlığına ağır zərər vurmaq maddəsi ilə cinayət işi açılıb. İlk ifadəsində o, nəyə görə qəza törətdiyini yuxarıda deyildiyi kimi tam müfəssəl danışıb. Onun küllü miqdarda cərimə ödəmək və ya sürücülük hüququndan məhrumetmə cəzası gözləyir.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh