"Mercedes" "07"nin yoluna çıxdı... 1 yaralı

Qaydalar 8 Noyabr 2017 01:23 Oxunub 1288
"Mercedes" "07"nin yoluna çıxdı... 1 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bərdədə iki minik avtomobili toqquşub

Bərdə şəhərinin Mirzə Ələkbər Sabir küçəsində  1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza "Mercedes" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, hadisəyə "Mercedes"in yol kəsişməsində digər avtomobilin hərəkət zolağına çıxması səbəb olub. Nəticədə hər iki maşına ciddi ziyan dəyib. "VAZ"ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh