Yolda şou göstərən taksi sürücüləri - Müştəri bol olanda belə olur - VİDEO

Avtoreyd 8 Noyabr 2017 01:58 Oxunub 2843
Yolda şou göstərən taksi sürücüləri - Müştəri bol olanda belə olur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar 80-lik yolda gah 30-40, gah da 90-100 gedərək hoqqabazlıq edirlər

Noyabrın 2-də Salyan yolu şossesində (Şıx çimərliyinin yaxınlığında) bir-biriylə oyun oynayan iki taksi sürücüsünün görüntüsü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, asta sürətlə yanaşı gedən həmin avtomobillərin sürücüləri öncə arxadan gələn avtomobillərə mane olublar. Ondan sonra hərəkət sürətini aşan 10-NZ-301 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü biraz uzaqlaşdıqdan sonra digər taksi sürücüsü də sürəti aşaraq onunla ötüşməyə başlayıb. Sonda sürücülər yenə də sürəti azaldıb dayanaraq arxadan gələn avtomobillərə maneə yaradıblar. 80-lik yolda gah 30-40, gah da 90-100 gedən sürücülər sonda bayaqkı şounu müzakirə etmək üçün yolun kənarına çəkilərək maşını saxlayıblar.

Gün ərzində bu taksilərə minən onlarla sərnişinin həyatı belə təfəkkürsüz sürücülərin etibarsız əllərindədir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh