"Harmony Residence" tikinti şirkəti sürücülərə təhlükə yaradır - FOTOLAR

Avtosfer Foto 8 Noyabr 2017 11:03 Oxunub 2870
"Harmony Residence" tikinti şirkəti sürücülərə təhlükə yaradır - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reklam lövhəsi svetoforun qarşısını kəsdiyi üçün işıqları normal görmək olmur

Paytaxtın Mikayıl Müşviq küçəsiylə İsmayılbəy Qutqaşınlı küçəsinin kəsişməsində quraşdırılan reklam lövhəsi sürücülərə böyük təhlükə yaradır. Bu barədə bir neçə sürücü Avtosfer.az-a öz şikayətini bildirib. Mikayıl Müşviq küçəsində quraşdırılmış və üzərinə "Harmony Residence" yazılan tikinti şirkətinin reklam lövhəsi svetoforun qarşısını kəsdiyinə görə sürücülər svetoforun siqnalını aydın görə bilmirlər. Nəticədə sürücülərə təhlükə yaranır.

Nazirlər Kabinetinin 16 saylı qərarının 2.3-cü bəndində qeyd olunub ki, "Hərəkətin təhlükəsizliyini təmin etmək üçün avtomobil yollarında və təhkim zolağında hərəkətin təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların quraşdırılması qadağandır".

Qeyd etdiyimiz reklam lövhəsi bir başa təhlükə mənbəyidir.Ona görə həmin təhlükəni dərhal aradan qaldırmaq lazımdır.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh