Daha bir ailə faciəsi; sürəti aşan «Hyundai» kanala düşdü

Qəzalar 5 May 2014 11:53 Oxunub 1823
Daha bir ailə faciəsi; sürəti aşan «Hyundai» kanala düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində bir ailənin iki üzvü ölüb, bir üzvü ağır yaralanıb

Cəlilabadrayonundaölümlə nəticələnəndəhşətliyol-nəqliyyatqəzası baş verib. APA-nınməlumatınagörə, hadisə gecə Ələt-Astaramagistralının 124-cü kilometrliyində - yolunCəlilabadşəhəriərazisindənkeçənhissəsində qeydə alınıb. Yardımlı rayonu Osnağaran kənd sakini, 1964-cü il təvəllüdlü Şahəli Quliyevin idarə etdiyi “Hyundai Santafe” markalı, 90 DH 277 dövlət nömrə nişanlı minik avtomobili Ələt istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı kanala aşıb. Sürücü və onun sərnişini, qardaşı, 1967-ci il təvəllüdlü Araz Quliyev hadisə yerində dünyasını dəyişib. Avtomobildəki digər sərnişin, sürücünün qardaşı oğlu, 1984-cü il  təvəllüdlü Rauf Manafov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır hesab edilir. İlkin versiya kimi, qəzanın yüksək sürətlə hərəkətdə olan “Hyundai”ın qəfildən idarəetməni itirməsi səbəbindən baş verdiyi göstərilir. Dəqiq səbəblər isə aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh