Bakıda “QAZ-24”ü “Qazel” əvəzinə sürənlər də var – VİDEO

Xəbərlər 9 Noyabr 2017 13:50 Oxunub 1742
Bakıda “QAZ-24”ü “Qazel” əvəzinə sürənlər də var – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daşıdığı yükün uzunluğu avtomobildən iki dəfə böyükdür və yerlə sürünür

Noyabrın 2-də paytaxtın Mikayıl Müşviq küçəsində hərəkətdə olan avtomobilin təhlükə saçan görüntüləri digər avtomobildə quraşdırılmış kameraya düşüb. Avtosfer.az xəbər verir ki, həmin küçədə "QAZ-2410" markalı avtomobilin sürücüsü uzun armaturları avtomobilin damına yükləyərək təhlükəli vəziyyətdə hərəkət edib. Həmin armaturlar uzun olduğuna görə avtomobilin qabaritindən qırağa çox çıxıb. Bu isə həm avtomobillər, həm də piyadalar üçün ciddi təhlükədir.

“Yol hərəkəti haqqında” Qanunun 57-ci maddəsində yükdaşımayla bağlı bir neçə sərt tələb var. Həmin tələblərdən bir neçəsini sizin nəzərinizə çatdırırıq:

1) Daşınan yük adamları təhlükəyə məruz qoymamalıdır və şəxsi və ya digər əmlaka zərər vurmamalıdır.

2) Yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən — qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilə işarələnməlidir.

3) İri həcmli və ya çox uzun əşyalar daşımaq qadağandır.

Qeyd etdiyimiz "QAZ-2410" markalı avtomobilin sürücüsü göründüyü kimi bu tələblərin heç birinə riayət etməyib. Bu tələblərə riayət etməmək ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Dəhşətlisi odur ki, əməkdaşımız həmin avtomobilin gün ərzində bir neçə dəfə bu qaydada yük daşıdığının şahidi olub.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh