Bakıda oğlan hər kəsin gözü önündə avtomobildən belə oğurluq etdi - VİDEO

Avtosfer TV 8 Noyabr 2017 16:12 Oxunub 1870
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilinin qapısının açıq olduğunu görən oğru isə fürsəti əldən verməyib

Bakıda avtomobilini yolun kənarında saxlayan sürücü oğurluq hadisəsi ilə üzləşib. Avtosfer.az xəbər verir ki, azxeber.com-a müraciət edən zərərçəkənin sözlərinə görə, hadisə avtomobilindən düşüb yaxınlıqdakı marketə girdiyi zaman baş verib. Avtomobilinin qapısının açıq olduğunu görən oğru isə fürsəti əldən verməyib. Sürücünün uzaqlaşdığına əmin olduqdan sonra o qapını açaraq bir neçə saniyyənin içərisində avtomobildəki telefonu oğurlayıb. Yaxınlıqdakı iaşə obyektinin müşahidə kamerası tərəfindən lentə alınan görüntülərdə oğurluğu törədən şəxsin üzü açıq-aydın görünür. 

Həmin görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh