Polis rəisi dünyasını dəyişdi

Yol polisi 9 Noyabr 2017 00:49 Oxunub 3677
Polis rəisi dünyasını dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mətləb Rzayev ürək əməliyyatından sonra dünyasını dəyişib

Sabiq polis rəisi əməliyyatdan sonra vəfat edib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, uzun müddət daxili işlər orqanlarında çalışmış Mətləb Rzayev vəfat edib. Cəlilabad, İsmayıllı, Bərdə, Dəvəçi və digər rayonların polis şöbələrinin rəisi vəzifəsini tutmuş Mətləb Rzayev ürək əməliyyatından sonra dünyasını dəyişib. Sabiq polis rəisi əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mətləb Rzayev 14 ildən artıqdır daxili işlər orqanlarından polkovnik rütbəsində təqaüdə çıxıb. Yaxından tanıyanların dediyinə görə, 1947-ci il təvəllüdlü M.Rzayev gəncliyində Politexnik İnstitutunu, sonra Ali Partiya Məktəbini, daha sonra Moskvada Milis Akademiyasını bitirib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh