Çin ABŞ-dan 300 təyyarə alacaq

Texnologiya 9 Noyabr 2017 18:05 Oxunub 1307
Çin ABŞ-dan 300 təyyarə alacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səfərin ilk 2 günü ərzində ölkələr arasında 253,4 mlrd. dollarlıq bir sıra ticarət müqavilələri imzalanıb

Çin ABŞ-dan 37 mlrd. dollar dəyərində 300 ədəd təyyarə alacaq. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Boeing" şirkətinin rəsmi məlumatında bildirilir. Belə ki, "China Aviation Supplies Holding Company" şirkəti ilə ABŞ-ın "Boeing" şirkətinin imzaladığı müqavilə ABŞ Prezidenti Donald Tramp və Çin rəhbəri Si Tsinpinin iştirakı ilə bağlanıb. Qeyd edək ki, ABŞ prezidentinin Çinə səfəri noyabrın 10-dək davam edəcək. Səfərin ilk 2 günü ərzində ölkələr arasında 253,4 mlrd. dollarlıq bir sıra ticarət müqavilələri imzalanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh