“Uber” uçan taksi layihəsinə NASA-nı cəlb etdi - VİDEO

Texnologiya 9 Noyabr 2017 19:30 Oxunub 1297
“Uber” uçan taksi layihəsinə NASA-nı cəlb etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uçan aparatların istehsalı ilə müstəqil məşğul olmayacaqlar, sadəcə, infrastruktur yaradacaqlar

“Uber” taksi xidməti NASA ilə müqavilə imzalayıb. Avtosfer.az-ın lent.az-a istinadən xəbərinə görə, kosmik agentlik “Uber”in uçan taksi layihəsi üçün proqram təminatının hazırlanması ilə məşğul olacaq.   Müqaviləyə əsasən NASA şəhər hava məkanında yüzlərlə, hətta minlərlə uçan aparatın izlənməsi və idarə edilməsi problemini həll edəcək. Uçan taksilərin marşrutunu elə müəyyən etmək lazımdır ki, onlar hava limanlarına və mövcud dispetçer sistemlərinə mane olmasın. “Uber”dən bildiriblər ki, uçan aparatların istehsalı ilə müstəqil məşğul olmayacaqlar, sadəcə, infrastruktur yaradacaqlar. Uçan taksi yaradılmasında şirkətin potensial tərəfdaşları arasında “Boeing”, “Embraer”, “Mooney” və “Bell Helicopter” şirkətlərini adı çəkilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh