“Alphabet” sürücüsüz avtomobilləri test etməyə başladı

Texnologiya 9 Noyabr 2017 18:44 Oxunub 1277
“Alphabet” sürücüsüz avtomobilləri test etməyə başladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən il layihə ayrıca şirkətə çevrilib və “Waymo” yaradılıb

“Alphabet”in özü idarə olunan avtomobillərin hazırlanması ilə məşğul olan bölməsi – “Waymo” sürücüsüz avtomobillərin şəhər yollarında test edilməsinə başlayıb.  Avtosfer.az lent.az-a istinadən yaydığı xəbərə görə, sınaqlara oktyabr ayının sonlarında Arizona ştatının Finiks şəhərində start verilib.

Sınaq zamanı “Waymo” əməkdaşları avtonom “Chrysler Pacifica” avtomobillərinin arxa oturacaqlarında otururlar. Onlar yalnız lazım olduqda avtomobilin təhlükəsiz yerdə dayanması üçün xüsusi düyməni basırlar. 

“Waymo”nun baş direktoru Con Krafçik bildirib ki, bu, təkcə yeni məhsulun nümayişi deyil, texnoloji inkişafın yeni mərhələsidir. Hazırda şirkət məhdud ərazidə sınaqlar keçirir, yaxın gələcəkdə isə bütün Finiks şəhəri ərazisində test aparılacaq. Yaxın aylarda “Waymo” bu texnologiyadan “Early Rider” avtomobil çağırma xidmətində istifadə edəcək.

 

Qeyd edək ki, “Alphabet” özü idarə olunan avtomobil layihəsi ilə 8 il əvvəl məşğul olmağa başlayıb və bu sahəyə 1 milyard dollardan çox sərmayə yatırıb. Ötən il layihə ayrıca şirkətə çevrilib və “Waymo” yaradılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh