Jurnalistlərdən yol polislərinə hədiyyə - FOTOLAR

Yol polisi 10 Noyabr 2017 13:19 Oxunub 1967
Jurnalistlərdən yol polislərinə hədiyyə - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saray postuna gedərək Dövlət Yol Polisi əməkdaşlarına bayraq həddiyə ediblər

Noyabrın 9-da Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə qurumun 20 nəfər üzvü Bayraq günü ilə bağlı Quba, Qusar və Xaçmazda olub. Avtosfer.az-ın məlumatına görə, jurnalistlər Quba, Qusar və Xaçmazda yerli sakinlərlə görüşərək,  onlara Azərbaycan bayrağı ilə bağlı məlumat veriblər. Səfər zamanı jurnalistlər yerli sakinlərə bayraqlar da hədiyyə ediblər.

Jurnalistlər səfərdən geri qayıdarkən Bakı-Quba yolunda yerləşən Saray postuna gedərək Dövlət Yol Polisi əməkdaşlarına bayraq həddiyə ediblər.

Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı polis işçilərini Bayraq günü  münasibətilə təbrik edib və peşə fəaliyyətlərinin yerinə yetirilməsində uğurlar arzulayıb. DYP əməkdaşları onlara göstərilən diqqətə görə təşəkkür ediblər.


Eımin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh