Abşeronda 21 yaşlı oğlan itkin düşüb - Anası onu axtarır - FOTO

Xəbərlər 10 Noyabr 2017 13:44 Oxunub 1590
Abşeronda 21 yaşlı oğlan itkin düşüb - Anası onu axtarır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rahib gündüzlər hara getsə də mütləq axşama doğru evə qayıdırmış

Abşeron rayonu Xırdalan şəhərində 21 yaşlı oğlan itkin düşüb. Hüseynovlar ailəsinin 21 yaşlı övladı Rahib bir neçə gündür ki, evdwn çıxıb və bir daha geri qayıtmayıb. Rahib Hüseynov noyabrın 7-də telefon təmir etdirmək adı ilə Xırdalan şəhərindəki evlərindən çıxıb. Avtosfer.az xəbər verir ki, anası Yeganə Ağayevanın sözlərinə görə, oğlunun az əqli qüsuru olub. Amma anasının dediyinə görə, Rahib gündüzlər hara getsə də mütləq axşama doğru evə qayıdırmış. Ona görə rahibin bir daha geri qayıtmamasının səbəbi naməlum qalır. Ailə faktla bağlı polisə də müraciət edib. Abşeron rayon Polis İdarəsindwn verilən məlumata görə, faktla bağlı araşdırmalara başlanıb. Hələ ki, heç bir nəticə yoxdur.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh