Keçiddən keçməyən qadını maşın vurub öldürdü - Səbaildə

Qaydalar 10 Noyabr 2017 15:27 Oxunub 1911
Keçiddən keçməyən qadını maşın vurub öldürdü - Səbaildə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə baş verən ərazinin 20-30 metrliyində yeraltı piyada keçidi var

Bakının Səbail rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, noyabrın 8-də saat 19-30 radələrində Xətai rayon sakini, 1975-ci il təvəllüdlü Ələkbərova Könül Elton qızı Dövlət Bayrağı Meydanının qarşısında yolu keçərkən maşınla vurulub. Qəzanı naməlum sürücünün idarə etdiyi və 55 yaşlı Şahbazov Əmrulla Sahlar oğluna məxsus “Land Rover” markalı, 90 FO 007 dövlət nömrə nişanlı avtomaşın törədib. Nəticədə K.Ələkbərova hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə baş verən ərazinin 20-30 metrliyində yeraltı piyada keçidi var. Lakin piyadaların çoxu yolu keçərkən həmin keçiddən istifadə etmədikləri üçün tez-tez piyadavurma hadisəsi baş verir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh