Beş nəfəri öldürən sürücüyə 10 il cəza istənildi - Lənkəranda

Qaydalar 11 Noyabr 2017 01:23 Oxunub 1395
Beş nəfəri öldürən sürücüyə 10 il cəza istənildi - Lənkəranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ-2106" ilə "Mercedes"in toqquşması nəticəsində ölənlərdən ikisi ər-arvaddır

Lənkəran Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilərək həbs olunan Lənkəran sakini Eldar Aslanovun işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxs E.Aslanova 10 il cəza istəyib. Prosesdə son söz deyən təqsirləndirilən şəxs dövlət ittihamçısına etiraz edib və günahsız olaraq həbs edildiyini bildirib. İttihama görə, ötən il sentyabrın 10-da Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil rayonun Parakənd qəsəbə sakini Eldar Aslanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı "VAZ-2106" markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyev, sürücünün həyat yoldaşı Əzizə Quliyeva, Boladi kənd sakinləri Bahar Bağırova və Nazilə Seyfullayeva dünyasını dəyişiblər. "Mercedes" markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Parakənd qəsəbə sakinləri Eldar Aslanov, Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli, Elvin Mirzəzadə və rayonun Boladi kənd sakini Reyhan Mahmudova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan biri - Reyhan Mahmudova həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində sürücü Eldar Aslanov təqsirli bilinərək həbs edilib.

E.Aslanov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh