Yol polisindən bahalı nömrələrlə bağlı açıqlama – Nömrəni ancaq DYP sata bilər

Yol polisi 11 Noyabr 2017 13:47 Oxunub 2688
Yol polisindən bahalı nömrələrlə bağlı açıqlama – Nömrəni ancaq DYP sata bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: “Saytlarda nömrə satışı ilə bağlı verilən elanlara inanmayın”

Baş Dövlət Yol Polisi İdarəsi avtomobil nömrələrinin baha qiymətə satılması üçün bəzi saytlarda verilən elanlara münasibət bildirib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, bəzi saytlarda avtomobilin dövlət nömrə nişanını fantastik qiymətə satışa qoyurlar. Lakin bu elanların heç bir əsası yoxdur: “Çünki nömrələr ancaq Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan idarəsi və şöbələrində satıla bilər. Bunun üçün də dövlət rüsumu müəyyən edilib. Bəziləri saytlarda elə qiymətə nömrə satışını elan verir ki, heç kim o qədər pulu aparıb bir nömrəyə verməz. Hər bir halda nömrələri kim alsa da, kim satsa da, qeydiyyat prosesi DYP-də həyata keçirilir. Nömrə satmaq qanunla qadağandır və bildiririk ki, insanlar belə elanlara inanmasınlar. O elanların əksəriyyəti yalandır. Orada əks olunan nömrələrin bəzisi mövcud deyil, bəzis isə tamam başqa adamların avtomobilinin üzərindədir. Odur ki, bu cür cəfəng elanlara inanmayın. Bir daha qeyd edirəm ki, qanunvericiliklə nömərələrin satışı yalnız Dövlət Yol Polisi tərəfindən həyata keçirilir”.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh