Gecə baş verən yanğında polis mayoru zəhərləndi - Xəstəxanadadır

Yol polisi 11 Noyabr 2017 14:14 Oxunub 1249
Gecə baş verən yanğında polis mayoru zəhərləndi - Xəstəxanadadır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gülaga Seyidov DİN-in Hospitalına yerləşdirilib

Dünən axşam Binəqədidə baş verən yanğında polis mayoru tüstüdən zəhərlənib. Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB-nin sahə rəisi, polis mayoru Gülaga Seyidov DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qeyd edək ki, F.Məlikov küçəsində binanın elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb. FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh