Rus milyarder yadplanetli axtarır

Maraqlı 11 Noyabr 2017 18:05 Oxunub 1248
Rus milyarder yadplanetli axtarır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Ən perspektivli namizəd isə bu yaxınlarda aşkar edilən Saturnun Entselade peykidir"

Rusiyalı milyarder Yuri Milner Saturnun Entselade peykində yadplanetlilərin izini axtaracaq. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Milner ABŞ-ın Sietl şəhərində baş tutan "Yeni kosmik era" konsfransında deyib. Milner yadplanetlilərin izini axtarmaq üçün Saturnun peykində ilk fərdi kosmik missiyanı təşkil etməyə hazırlaşdığını bildirib: "Alimlərin fikrincə, nəhəng planetlərin peyklərinin birində buz altında canlı orqanizmlər yaşayır. Ən perspektivli namizəd isə bu yaxınlarda aşkar edilən Saturnun Entselade peykidir". Qeyd edək ki, “Cassini” kosmik aparatı vasitəsilə Entselade peykindəki şəraiti öyrənən mütəxəssislər burada hidrogen, karbondioksid, su buxarı, metan və digər qazlar aşkar ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh